İmtahanlara hazırlıq

desks.jpg

Carfax Private Tutors Böyük Britaniya və Amerikanın bütün əsas beynəlxalq ixtisasartırmalarına hazırlığı da təklif edir. 1+, Common English, (I)GCSEs, A levels Beynəlxalq Bakalavriat dərəcələrinə uyğunluğu tələb edən hər bir fənn bütün imtahan komissiyalarının proqram və tələblərinə uyğun olaraq keçirilirlər. Bu kurslar tam iş günü zamanı və ya dərslərdən sonra əlavə proqram şəklində keçirilə bilərlər.

Britaniya məktəblərinə və universitetlərinə hazırlaşanlar xüsusi olaraq məsləhət və təlimləri əldə edirlər ki, müxtəlif qəbul imtahanlarına hazırlaşa bilsinlər: Şifahi və Yazılı nitq, təfəkkür bacarıqlarına uyğun olaraq qiymətləndirmənin test üsuli ilə yoxlanılması, həmçinin qabiliyyətlərin (BMAT, LNAT, HAT və s.) testlər vasitəsilə aşkarlanması. Bundan əlavə xüsusi müsahibəyə hazırlıq da keçirilir.

Tədris olunan Amerika proqramlarına daxildir: Advanced Placement Program (AP), Scholastic Aptitude Tests (SAT), Graduate Management Aptitude Test (GMAT) və Graduate Record Examination (GRE).

Doğma dilləri İngilis dili olmayan tələbələrə isə IELTS və TOEFL test imtahanlarına hazırlaşmaq üçün köməklik göstəriləcək.

Şəxsi istəyi nəzərə alıb əlavə olaraq digər proqramlar da təşkil oluna bilər. Carfax tələbə və maqistrantlara təhsil haqqlarını ödəməkdə köməklik edir, həmçinin, misal üçün, Maliyyə və İncəsənət Tarixi fakultələrinin tələbələrinə əlavə kömək də edir.

Azyaşlı şagirdlər də əlavə tədrisdən faydalana bilərlər. Bu xüsusi olaraq onların məktəb və ya yaşadıqları ölkəni dəyişdikləri zaman vacibdir. Bu zaman onlar dərslərindən geri qalmırlar. Carfax müəllimləri Riyaziyyat, İngilis dili və digər əsas fənnlərdə dəstəyə ehtiyyacı olan şagirdlərlə iş təcrübəsinə malikdirlər. Bu sahələrdə düzgün olaraq planlaşdırılan tədris uşaqların gələcəkdə alacaqları biliklər üçün möhkəm bünövrə yaradacaq və onlarda özünə əminlik hissi və çətin qavranan fənnlərdə uğur qazanmaq imkanları yaranacaq. Məktəbdəki həmyaşıdlarına nisbətən daha yaxşı oxuyan şagirdlər üçün bu növ tədris əlavə çağırışdır.

Dərsləri doğma dillərində keçirilməyən uşaqlar üçün isə daimi məşğələlər dillərinin inkişafında, oxumaq və ünsiyyət qurmaq üçün əvəzolunmazdır.

Valideyinlər hiss edəcəklər ki, uşaqları həftədə bir neçə saat keçirilən dərslərdən daha çox faydalanacaqlar nəinki intensiv dərslərə yazılan həmyaşıdları.

Aparıcı tədris müəssisələrində getdikcə artan rəqabəti nəzərə alaraq qəbul imtahanlarına daha da yaxşı hazırlıq uğur qazanmaq üçün əsas yoldur. Fərdi dərslər şagirdlərin biliklərini və anlayışlarını artırır, həmçinin tədris prosesinin daha sürətlə gedəcəyi mühiti yaradırlar.

Carfax müəllimləri aparıcı dünya universitetlərinin qəbul imtahanlarına hazırlaşmaq üçün ən ideal seçimdir. Əksəriyyət dövlət məktəblərində oxuyur və gözəl şəkildə dolaşıq tədris proseslərinə agahdırlar.

Müəllimlə gündə bir neçə saatdan başlayaraq tam iş günü müddətində olan diqqətli tədris şagirdlərə imkan verir ki, qəbul imtahanları haqqında tam məlumat əldə edı bilsinlər.

Tədris zamanı təqaüd almaq üçün fənnlər də daxil olmaqla bütün əsas dərslər nəzərə alınır. Müəllimin köməyindən əlavə olaraq şagirdlər bir neçə dərsdən tutmuş vaxtından tez tədrisin bitməsinədək kurslarda iştirak edə bilərlər.

Sahibkarlar üçün GSCE tərəfindən təqdim olunan nəticələrin vacibliyini nəzərə alaraq burada geniş çeşiddə imkanlar var ki, valideyinlər və uşaqların özləri fərdi dərsləri seçdikdə böyük fayda qazanacaqlar. Bəzi şagirdlər bir və ya bir neçə fənn seçərək əlavə dərslərə ehtiyyac duya bilərlər (həftədə bir neçə saatdan tutmuş rüb və bayramlarda intensiv dərslərədək). Digərləri isə yüksək nəticələr əldə emək üçün təkrar dərslərə ehtiyyac duyurlar. Bu dərslər həmçinin digər imtahanlara hazırlaşan (IGCSE və IB Middle Years proqramı daxil olmaqla) şagirdlər üçün də əl çatandır.

Carfax müəllimləri şagirdlərə öz potensiallarını reallaşdırmaq imkanlarını təqdim edirlər, həmçinin kafi qiymətlər almaq istəyən uşaqlara dəstək olurlar. Şagirdin çalışacaöı fənnlərin sayından asılı olaraq xüsusi dəstək həcmi də müəyyənləşdirilir. Bəzi şagirdlərə bir fənn üzrə həftədə bir neçə saat məşğələ kifayətdir, digərləri üçün isə müəllimlə daha artıq müddət çalışmaq lazımdır ki, məqsədlərinə çata bilsinlər. Uzunmüddətli tədris Oksfordda Carfax Tutorial Establishment-də keçirilir. O, şagirdlərin müxtəlif səviyyəli imtahanlara hazırlıq üzrə ixtisaslaşır.

Carfax A-level, Pre-U, IB və AP proqramlarına uyğun, həmçinin digər məktəb buraxılış imtahanlarına uyğun tədris təklif edir. Bəzi şagirdlər aparıcı universitetlərə qəbul olunma yollarını axtarırlar və əmin olmaq istəyirlər ki, imtahanlara hazırlaşmaq üçün əllərindən gələni edəcəklər. Digərləri isə təkrar dərslərə gəlmək üçün köməyə ehtiyyac duyurlar.

Carfax müəllimləri imtahanlarda qoyulan tələblərdən artıq akademik təhsil təklif edirlər. Bu üsula riayət edən şagirdlər ən yüksək nəticələri əldə edirlər. Bununla da universitetdə gələcək işdə möhkəm bünövrəyə sahib olurlar. Müəllimlər tələbələrlə Bilik Şəhərciyi (Knowledge Village) adlanan Carfax ofisində həftədə bir neçə saat, yaxud daha rahat olması üçün onların öz evlərində məşğul ola bilərlər. Ehtiyyac olduğu halda tələbələr uzunmüddətli Oksfordda tədris kolleci olan Carfax Tutorial Establishment kurslarına yazıla bilərlər. O, şagirdlərin imtahanlara və dünyanın qabaqcıl universitetlərinə hazırlaşmaq üzrə ixtisaslaşıb.

Müəllimlərlə yanaşı biliklərin əldə edilməsi, çoxlu sayda məsləhətlərin alınması Carfax Educational Group (lazım olduğu halda A-level proqramı üzrə seçilmiş fənlər üçün təlimatlar daxil olmaqla) tərəfindən də təşkil edilə bilər. Şagirdlərə yüksək səviyyədə dəstək göstərilir.

Universitetlər doğma dilləri İngilis dili olmayan və bu dildə heç vaxt təhsil almayan tələbələrdən onu bildikləri səviyyəni göstərməyi tələb edirlər. Bunu etməyin ən məşhur yolları – TOEFL və IELTS testləridir. İmtahan testlərinin hər bir növü dil bilgilərini akademik şəraitdə yoxladığı üçün ingilis dilini sərbəst şəkildə bilmək kifayət deyil. İmtahan strukturunun və bir balaca təcrübə də lazımdır. Yüksək balları aldıqda testi keçənlər nəinki qoyulmuş kriteriyalara cavab verirlər, həmçinin namizədlər qrupundan seçilməyə imkan əldə edirlər. Cardax mütəxəssisləri yoxlanış testlərindən başlayırlar ki, şagirdin bilik səviyyəsini müəyyən etsinlər. Bundan sonra fərdi proqram yaradılır ki, şagirdin mövcud olan güclü və zəif tərəfləri aydınlaşsın. Təcrübəli Carfax müəllimləri taym-menecment üzrə təlimatlar da təqdim edirlər. Daimi praktiki tapşırıqlar və tələbə ilə məqsədyönlü fərdi əlaqə namizədi tez və effektiv şəkildə hazırlamağa imkan yaradırlar.

SAT, GRE, GMAT və LSAT proqramları – Amerika universitetlərinin istifadə etdikləri standartlaşmış qəbul imtahanlarıdır. SAT (Scholastic Aptitude Test) proqramı bakalavr dırıcısinə qəbul üçün istifadı olunur; GRE (Graduate Record Examination) proqramı aspirantura dərəcəsinı qəbul üçün hazırlığı yoxlayır; GMAT (Graduate Management Admission Test) proqramı biznes sahəsi üzrə aspiranturaya qəbul üçün lazımdır; LSAT (Law School Admission Test) proqramı Hüququn öyrənilməsi üçün lazımdır.

Testlər standartlaşmış oduqları üçün dünyanın müxtəlif nöqtələrindən gəlmiş şagirdlər ən yaxşı ABŞ universitetlərdə təhsil almaq hüququ üçün mübarizəyə qatıla bilərlər. Yalnız dil dərslərini keçmiş şagirdlər bu dilin daşıyıcılarının topladıqları balları toplaya bilərlər.

Carfax müəllimləri tələbələrini imtahanın keçiriləcəyi formatla tanış edəcək, taym-menecmentlə bağlı bilgilər verəcəklər, vacib anlayışları aydınlaşdıracaqlar və böyük təcrübə keçməyi təmin edəcəklər. Carfax həmçinin şagirdə balları necə toplamağı və onun qiymətləri necə olacağı suallarla bağlı kömək edəcək. Tədrisin əvvəlində keçirilən yoxlanış testi şagirdin daha çox diqqəq yetirəcəyi sahələri agah etməkdə lazımdır. Fərdi proqram və daima keçirilən yoxlanış imtahanları şagirdlərə imkan verirlər ki, öz potensiallarını maksimum dərəcədə göstərə bilsinlər.

    • Azerbaijan (az-AZ) translation is still missing. Please consider to contribute by writing and sharing your own translation. Learn more.
    Əgər Siz daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıda boş sahələri doldurun. Ən qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.