Müəllimlər və kurslar

tuition.jpg

2012-ci ildə açılandan etibarən Carfax Private Tutors dil bilgilərini inkişaf etdirmək və fənnləri tam qavramaq istəyən Bakıda yaşayan bir çox ailələri və ayrıca şəxsləri müəllimlərlə təmin edir.

Tədris prosesi ev şəraitində, kommesrsiya şirkətlərinin ərazisində və ya Mikayıl Müşfiq küç. (Bakı) ünvanında yerləşən Carfax-ın şəxsi ofisində keçirilə bilər. Bu xidmətlər bütün ölkə və Qafqaz regionu üçün nəzərdə tutulub.

Məktəblilər təcrübəli müəllimlər tərəfindən bir sıra fənlər üzrə akademik dəstək ala bilərlər: İngilis dili, Riyaziyyat, Fransız dili, Fizika, Bioloqiya, Kimya, Tarix, Coğrafiya və s.

İmtahanlara hazırlıq xidmətləri isə şagirdlər arasında kifayət qədər məşhurdur və geniş spektrdə təklif olunur: (I)GCSE, A-level, IB, TOEFL, IELTS, SAT, GMAT, GRE. İntensiv yoxlama dərsləri şagirdlərin tətilləri zamanı da təşkil oluna bilər.

Tədris prosesi hal hazırda iş sahibi olan, lakin dil bilgilərinə sahib olmaq arzusunda olanlar üçün də təklif olunur və iş saatlarına uyğun şəkildə tənzimlənir. Carfax-ın çevik cədvəli maksimum dərəcədə Sizin vaxtınıza qənaət edəcək və səhmdar şirkətlər işçilərinin yiyələndiyi bilgilərdən bəhrələnəcəklər. MBA proqramına olan marağı nəzərə alaraq Carfax GMAT imtahanlarına əsaslı hazırlaşmaq üçün təkliflər irəli sürür. Carfax Private Tutors il boyu xidmət göstərir. Tətillər zamanı isə mütəxəssislər hazırlıq kursları təşkil edirlər. Ailələr xaricə səyahət etmək istədikdə, müəllimlər minimal itkiləri nəzərə alaraq onlara fasiləsiz təlim prosesinin təşkil olunmasında köməklik göstəeəcəklər.

Fərdi tədris bir çox üstünlüklərə malikdir. İlk öncə belə bir ədrisin sayəsində tələbələr özlərinə uyğun sürət və qaydada inkişaf edirlər. Kurslar tələbələrin istəklərinə uyğun şəkildə qurulur, müəllimlərə isə tıdris prosesində hər bir tələbə ilə iş üçün individual sxemin yaradılması məsləhət görülür.

Əgər tələbənin bacarıqları nəzərə alınırsa, o, digər oxuyanları gözləmədən proqram üzrə daha tez təhsil alacaq. Bu zaman o müəllimin tam diqqətini hiss edəcək və ona maraqlı olan tərzdə tədrisdə iştirak edəcək. Tələbələr aşkar edəcəklər ki, müəllimlər onları dəstəkləyir və tədris prosesində yarana bilən istənilən problemi həll etməkdə onlara kömək edir. Bundan əlavə fərdi tədris kursların intensivliyini və davamiyyətini daima yumşaltmağa imkan verir. Carfax-da istənilən kurs hər bir tələbə üçün fərdi olaraq işlənib hazırlanıb. Tətillərin müddəti və tarixi həmçinin individual olaraq qərarlaşdırılır.

Bəzi tələbələr tədris ilinin normal strukturuna uyğunlaşırlar. Digərləri isə ailələrinin köçməsi, idman yarışmalarında və ya sərgilərdə iştirak səbəbindən təhsillərini müəyyən hallara uyğun olaraq alırlar. Bəzi tələbələr üçünsə Carfax-dakı təhsillərini tədris ilinin ortasında başlamaq belə normaldır. Səbəb kimi xarici ölkəyə köçmə və ya təhsil müəssisəsindən qəfil ayrılma göstərilir. Müəyyən qrup tələbələr buraya məktəbi bitirdikdən sonra gəlirlər ki, imtahanlardan yenidən keçsinlər və universitetlərə ərizə yollamaq üçün öz mövqelərini gücləndirsinlər.

Və nəhayət ki, fərdi dərslər məktəblilərə və universitet tələbələrinə imkan verirlər ki, məqsədyönlü şəkildə öz işlərini görsünlər. Bu üsul müxtəlif imtahanlara hazırlaşmaq və onları yoxlamaq, həmçinin dərslərdən azad vaxtda və tətil zamanı ətraflı təlim keçmək üçün daha çox istifadə olunur.

    • Azerbaijan (az-AZ) translation is still missing. Please consider to contribute by writing and sharing your own translation. Learn more.
    Əgər Siz daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıda boş sahələri doldurun. Ən qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.