Haqqımızda

Carfax Private Tutors istənilən yaşda olan tələbələrinə istər fərdi keçirilən fənnlərin, istərsə də dil məşğələlərinin yüksək səviyyədə keçirilməsinə zəmanət verir. Carfax müəllimləri tərəfindən keçirilən hər bir tədris prosesi müştərinin şəxsi istəyinin nəzərə alınması ilə hazırlanır. Bunun sayəsində də uşaqlar dərslərə başladıqda  maksimal effektə sahib olacaqlar.

Carfax tələbələri ilə birlikdə çalışır ki, onun zəif və güclü tərəflərini agah edəcək tədris planını hazırlasın. Ondan sonra Carfax tədris sxeminə əsasən tələbələrinin nailiyyətlərinə nəzarət edəcək.

Carfax-da mövcud olan hər bir kurs fərdi bacarıqlar və xasiyyətin xüsusiyyətlərinə əsasən yaradılıb, bununla da əlavə təhsildə məqsədyönüllük və dəqiqlik qorunub saxlanılır.

Kifayət qədər geniş olan Carfax Education qrupunun sayəsində Carfax Private Tutors seçim, hazırlıq və qabaqcıl Böyük Britaniya, İsveçrə, ABŞ məktəbləri və universitetlərinə ərizələrin göndərilməsi ilə bağlı təlimatlar verir.

O şagirdlər ki, BƏƏ məktəblərinə qəbul olunmaq istəyirlər Carfax Private Tutors mövcud olan təhsil dəstəyi, həmçinin tələbələrə qoyulan standartlarla təmin etmək üçün və onların sonrakı inkişafları üçün müxtəlif məsləhətlər verir.

Carfax Private Tutors Bakıda Mikayıl Müşfiq 1 C ünvanında Kempinski otelinin Biznes mərkəzində yerləşir.

Carfax Education qrupunun tərkib hissəsi olaraq Carfax Private Tutors bütün dünyada təhsil sahəsində yüksək səviyyəli xidmətlər təklif edir.

Carfax 1997-ci ildə yaranmışdır. Şirkətin təsisçisi olan Aleksandr Nikitiç öz dostuna Oksford Universitetinə ərizə göndərməsini məsləhət gördükdən sonra qurulmuşdur.

2005-ci ildə dostları və tanışları tərəfindən onun məsləhətlərinə olan tələbat kifayət qədər artdı və o qərara gəldi ki, öz şəxsi biznesini qursun. Beləliklə, Aleksandr Berkli Skuaerdə (Berkli meydanı) təhsil məsləhətxanasını yaratdı. Yarandığı gündən iş əsasən Mərkəzi Londonda Meyfer və Sent Ceyms Stritdə başladı və son illər ərzində tezliklə genişləndi. London, Oksford, Monako, Moskva, Sankt-Peterburq, Dubay və Bakıda daimi, həmçinin Honkonq, Cenevrə və Sinqapurda açılması planlaşdırılan ofislərin sayəsində Carfax xüsusi və beynəlxalq təhsil sahəsində lider kimi tanınır.

Coğrafi genişlənmədən əlavə şəxsi müştərilərə təhsillə bağlı verilən orijinal məsləhətlər digər xidmətlərə də yayılır. 2006-cı ildə Britaniya internat-məktəblərində xarici şagirdlərə nəzarət üçün himayə orqanları yaradıldı. 2008-ci ildə Oksfordda müstəqil Beşinci və Altıncı Formalar (Fifth and Sixth Form) yaradılmışdır. 2009-cu ildə Londonda qəyyumluq agentlikləri yaradıldı. 2011-ci ildə müəssisələr, sərmayədarlar, hökümətlər və beynəlxalq agentliklər təhsillə bağlı məsləhətxana yaradılmışdır.

Oksfordun mərkəzində birləşən 4 yol var ki, köhnə şəhər qapılarından gəlir və qovşaq yaradırlar. Məhz bu yol kəsişməsi Carfax-a ad verdi. Latın dilindən tərcümədə “quadric-furcus” “dördtərəfli yolayrıcı” deməkdir. Carfax öz üzərinə yolayrıcında qalan, qərar verməkdə çətinlik çəkənlərə rəhbərlik vermək missiyanı götürür. 1610-cu ildə Carfax-da suyunu Carfax Coundit-dən götürən fontan qurulmuşdur. Təmiz su yaxındakı təpələrdən Oksford sakinlərinə çatdırılırdı. Bu fontan şirkətin loqotipi olaraq seçilmişdir, çünki özündə şirkətin bütün əsaslarını daşıyır: Oksforddakı Carfax Tutorial müəssisəsi şəhərin qədim hissəsində yerləşir. O, dünyanın ən yaxşı təhsil fondlarından birində yerləşən öz mənbəsinə malik bilik fontanıdır.

Carfax Group bütün dünyadan olan müştərilərə xidmət göstərir ki, onlar təhsil almaları üçün ən yaxşı imkanlar əldə etsinlər. Bunun üçün Oksford və Kembric universitetlərində təhsil almış Carfax komandasının əfsanəvi yazılarından istifadə olunur.

Şəxsi təcrübənin təhsil nailiyyətləri və Britaniya, Amerika və İsveçrə sistemləri ilə birləşməsi nəticəsində Carfax müştərilərin qoyduqları məqsədlərə nail olmaları üçün ideal olaraq uyğun gəlir.

Carfax komandası lazımi dəstək daxil olmaqla unikal və fərdi təhsil kursunun inkişafı üçün çalışır. Bu təhsil alanların tədrislərinin inkişafında köməklik üçün lazımdır. Dərin akademik qiymətləndirmə və məsləhətlərdən sonra Carfax tələbələrini Monakoda yerləşən Carfax Educational və ya Oksfordda fəaliyyət göstərən Təhsil Müəssisəsində uzunmüddətli təhsil daxil olmaqla geniş spektrli obyektiv, lazımi, məqsədyönlü təlimatlarla təmin edir. İstəkləri nəzərə alaraq tədris prosesi akademik potensialın aşkar edilməsinə zəmanət verilərək dünyanın istənilən nöqtəsində aparıla bilər. Əgər tələbələr aparıcı İsveçrə internat-məktəblərinə, Oksford, Kembricə və ya digər qabaqcıl Amerika universitetlərinə qəbul olunmaq istəyirlərsə, Carfax namizədlərin şanslarını artıra bilər.

Carfax-ın bütün dünyada ofisləri var ki, burada peşəkar və çoxdilli komanda çalışır. Aşağıda ən yaxın ofislərin adları çəkilib:
- London
- Oksford
- Moskva
- Tokio
- Dubay
- Sankt-Peterburq
- Toskanita və Sardiniya
- Kiyev

    • Azerbaijan (az-AZ) translation is still missing. Please consider to contribute by writing and sharing your own translation. Learn more.
    Əgər Siz daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıda boş sahələri doldurun. Ən qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.