İsveçrə məktəbləri

lerosy600.jpg

Məsləhətçilər valideyinlərə təlimatlar verirlər ki, uşaqları İsveçrənin ən yaxşı, elit məktəblərində yer qazansınlar. İsveçrə məktəblərində təhsil – yüksək səviyyəli beynəlxalq təhsil arzusunda olanlar üçün əla alternativdir. Bu təhsil ocaqları arasında seçim etmək və qəbul imtahanlarına qəbul olunmaq üçün Carfax kifayət qədər ətraflı məlumata malikdir.

Son illərdə Carfax Le Rosey, Beausoleil, Aiglon və Lyceum Alpinum Zuoz kimi adlı-sanlı məktəblərə qəbul olunmuş uşaqlarla kifayət qədər böyük uğurlara nail olmuşdur.

Beynəlxalq Bakalavriata əlavə olaraq təhsil ocaqları Bitirmə üzrə İsveçrə Diplomu, Fransız Bakalavriatı, Bitirmə üzrə Alman Attestatı, Bitirmə üzrə İtalyan Attestatı və orta məktəb üzrə Amerika Diplomu təqdim edirlər.

Təqdim olunan geniş seçim uşaqlara imkan verirlər ki, müxtəlif ölkələrdə təhsil ilə bağlı məqsədlərinə nail olsunlar. Bu xüsusi ilə də uşaqları üçün beynəlxalq karyera arzusunda olan valideyinlər üçün ideal seçimdir.

Dillərin öyrənilməsi hər bir məktəbdə keçirilən təcrübənin ayrılmaz hissəsidir. Bunun sahəsində uşaqlar müxtəlif dilli və mədəniyyətli mühitdə yaşasınlar. Məktəbi bitirənlər sərbəst şəkildə üç dili bilmək imkanına malikdirlar: ana dili, İngilis dili və İsveçrədə istifadə olunan iki-üç dildən birini bilməli.

Müxtəlif Avropa mədəniyyətlərinin birləşmə nöqtəsi olan İsveçrə bütün dünyadan olan şagirdlərə əla təhsil almaq imkanı verir. Tarixən elə alınıb ki, ailələr uşaqlarını İsveçrə internat-məktəblərinə onların şöhrətlərinə görə göndərirlər. Bu məktəblər uşaqların rahat və təhlükəsiz yaşamaları üçün bütün şəraitə malikdirlər. Bu ənənə  bu günkü günədək qorunub saxlanılıb. Hal hazırda bütün dünyadan gələn şagirdlər İsveçrə məktəblərində müxtəlif mədəniyyətlərin fərqlərini daha dərindən anlamaq üzrə unikal təcrübəyə sahib çıxırlar.

İsveçrə internat-məktəbləri əsas təhsil proqramından əlavə geniş çeşiddə sinifdənxaric məşğuliyyətlərin keçirilməsi üzrə liderdir.

İdman gündəlik həyatın ayrılmaz hissəsidir. Şagirdlər üzgüçülük, atletika, reqbi, hokkey, futbol, badminton, atçılıq, xizəkli idman, fiqurlu konkisürmə, tenis və digər idman növləri ilə xüsusi olaraq ayrılmış bölmələrdə məşğul ola bilərlər. Fərdi nailiyyətlərdən əlavə komanda ruhu da dəstəklənir, çünki məktəblər daima öz aralarında yarışmalar keçirirlər.

İsveçrə məktəbləri yaradıcı düşüncəni dəstəkləyirlər və incəsənəti hərtərəfli təhsilin ayrılmaz hissəsi hesab edirlər. Şagirdlər öz məharətlərini musiqidə, rəsm çəkməkdə, rəngkarlıqda, foto çəkməkdə, xorda ifa etməkdə, heykəlciklərin düzəldilməsində sınaya bilərlər. Məktəblər öz şagirdlərinin əl işlərini müxtəlif yerli sərgilərə göndərərək öz aralarında müsabiqələr keçirirlər.

İsveçrə məktəbləri daima mədəni və universitetləri ziyarət etmək məqsədilə ziyarətlər həyata keçirir ki, bu da təhsil proqramının bir hissəsidir. Bu cür səyahətlər uşaqlara imkan verir ki, onlar dünya görüşlərini artırsın və onların gələcəkləri üçün çalışan insanlarla tanış olsunlar. Həmçinin bu səyahətlər uşaqlara digər ölkələrdə insanların yaşayışı haqqında daha ətraflı məlumat verirlər.

Şagirdlər dağ idman yarışmalarında və digər idman növlərinə aid tədbirlərdə iştirak etmək üçün bütün dünyanı gəzib dolanırlar. Bunun sayəsində onlar şans qazanırlar ki, öz imkarlıqlarını və atletik bacarıqlarını yoxlasınlar. İsveçrə internat-məktəblərini ziyarət edən uşaqlar xeyriyyə aksiyaların vacibliyini dərk edirlər. Çünki xeyriyyə tədbirləri də proqramın ayrılmaz hissəsidir. Ölkələrlə tanışlıq səyahətləri mədəniyyətlərarası tədbirlərlə birlikdə keçirilir.

    • Azerbaijan (az-AZ) translation is still missing. Please consider to contribute by writing and sharing your own translation. Learn more.
    Əgər Siz daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıda boş sahələri doldurun. Ən qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.