Britaniya məktəbləri

School1

Çox az namizəd qəbul edən ən yaxşı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlərin sayı artdığı üçün qəbul imtahanlarına da müsabiqə artdı. Aparıcı Britaniya məktəblərində və xüsusi məktəblərdə çalışan məsləhətçilərə birlikdə Carfax kifayət qədər çətin olan qəbul sistemi ilə tanış olmaq üçün ən yaxşı imkan yaradır. Carfax dünya səviyyəsinə uyğun müəllim, qəyyum və təhsil müəssisələrinə əli çatan Carfax Educational qrupunun resurslarını istifadə etmək imkanına sahibdir. Buna görə də tələbələr və fərdi müştərilərin tələbləri tam ödənilir. Son illərdə Carfax Eton, Vinçester, Harou, Melborq, Reqbi, Çarterhaus və Velinqtondan olan şagirdlərlə böyük uğurlara əl atmışdır.

Təhsilin ilk illəri uşağın istedad və maraqlarının inkişafı üçün çox vacibdir. Carfax məsləhətçiləri uşağın yaş həddindən fərqli olmayaraq ona seçilmək imkanı verirlər. Londonda və Böyük Britaniyanın ərazisində fəaliyyət göstərən çox hörmətli uşaq bağçaları və ibtidai təhsil müəssisələri ilə mövcud olan sıx əlaqələrin sayəsində məsləhətçilər bu təhsil yerlərinin uşağa və onun valideyinlərinə verəcəyi fayda haqqında kifayət qədər məlumatlıdırlar. Onlar öz yerləşdiyi məkan, ölçüləri və atmosferlərinə görə fərqlənirlər. Əgər uşağın xarici dili öyrəndikdə və ya ikidilli mühitə alışdığı zaman hər hansı bir problem yaşanmışdırsa, Carfax balaca uşaqlarla işləmək üçün məsləhətçilərin xidmətlərini təklif edir. Bundan əlavə müəllimlər uşaqlarda onların dil bacarqlarında olan özünəəminliyi artıracaqlar.

Yaxşı ibtidai təhsil məktəbləri xüsusi təlim, təhsildə uğurları və müstəqilliyi təmin edirlər, həmçinin uşaqları lazımi akademik fənnlərdə uğurlu davamiyyətə yönəldirlər. Aparıcı Britaniya məktəbləri, məktəbəqədər təhsil müəssisələrinə uşaqların yerləşdirməyə dair kifayət qədər təcrübəyə malik Carfax hansı məktəbin digərləri ilə müqaisədə uşaqlara daha yaxşı təhsil imkanlarının verəcəyinə tam, düzgün və peşəkar məsləhət verəcək. Akademik orta məktəblərə qəbul olunmaq istəyənlər üçün məsləhətçilər məktəb təhsilindən əlavə xüsusi fərdi tədrisini təşkil edə bilərlər. Bu tədrisə xüsusi müəllimlərlə dərslər və ya Oksfordda yerləşən Tutorial Establishment-də intensiv tədris kursları daxildir.

Böyük Britaniyada yüz illərdir ki məşhur alim, idmançı, siyasətçi və krallara dərs deyən ən qədim və nüfuzlu məktəblər fəaliyyət göstərir. Kifayət qədər az yer təqdim edən ən yaxşı Britaniya dövlət məktəblərinin qəbul imtahanlarında olan rəqabət göndərilən ərizələrin sayəsində get-gedə daha da artır. Bundan əlavə ərizələrin göndərilmə prosesi kifayət qədər çətin olduğu üçün xırdalıqlara fikir verməyi tələb edir. Carfax aparıcı təhsil müəssisələrində özlərinə yer əldə etmək istəyənlər üçün köməklik göstərir və məsləhətlər verir. Dərin akademik qiymətdən və uşaqlara verilən bir sıra məsləhətlərdən sonra Carfax onların valideyinlərinin və özlərinin tələblərinə uyğun məktəb siyahısını təqdim edir. Bu dəstək (davamlı tədris, müsahibələr və praktiki suallara cavab) uşaqların az saylı yerlərə qəbul olunma şanslarını maksimuma qədər qaldırır. Qabaqcıl məktəblərin qəbul imtahanları müxtəlif yaşlı uşaqların xaricdə təhsil arzularının reallaşması üçün normal qiymətlər almasını təmin edirlər. Aparıcı və ixtisaslaşdırılmış məsləhətlər musiqi, rəqs və aktyorluq məharəti üzrə seçimlərdən keçmiş, həmçinin aparıcı konservatoriyalarda müəllimlərlə tək-bə-tək müsahibələrdən keçmiş şagirdlərə yüksək effektivlik təmin edirlər. Carfax-ın dəstəyi ilə şagirlər Eton, Çerterhaus, Reqbi, Harou, Çeltehxemdə Qızlar üçün Kollecldə, Vinçester, Vestminister və digər qabaqcıl məktəblərdə yerlər təqdim olunmuşdur. Britaniya dövlət məktəbləri uşaqları 11, 13 və 16 yaşdan, oğlanlar üçün məktəblər isə ənənəvi olaraq oğlanları 13 yaşdan sonra qəbul edirlər. Buna baxmayaraq bir çox məktəblər ilkin seçimə üstünlük verirlər. Bəzi məktəblər valideyinlər seçiminə əsasən göndərdikləri uşaqlardan ibarət siyahını saxlayırlar. Bu cür məktəblərə yazılmaq üçün daha öncədən müraciət etmək lazımdır (bəzən uşağın doğuluşundan dərhal sonra). Carfax uşaqları müxtəlif mərhələli məktəb müraciətlərinə əsasən uşaqlara məsləhətlər verir. Bunun üçün imkan olan kimi uşağınızı xüsusi məktəbə dərhal yazdırın.

    • Azerbaijan (az-AZ) translation is still missing. Please consider to contribute by writing and sharing your own translation. Learn more.
    Əgər Siz daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıda boş sahələri doldurun. Ən qısa zamanda Sizinlə əlaqə saxlanılacaq.